F-1.az xatırladır ki, monakolu sürücü yarışa pouldan başlasa da, startda Peres onu keçib və sona qədər liderliyini qoruyub. Quru təkərlərə keçəndən sonra Lekler rəqibinə hücumlar etsə də, sonradan təkərləri yeyilib və ikinci yerə razı olub.
Şarl Lekler: “Yarışı qazanmaq üçün hər şey elədim. Sona qədər limitdə sürdüm. Heyif ki, pis start aldıq. O an boliddə güc yox idi. Bu da qələbənin əldən getməsinə səbəb oldu. Yenə də komanda üçün yaxşı gün idi. Gecə yaxşı yatıb, Yaponiyaya hazırlaşacağıq”.