F-1.az xatırladır ki, monakolu sürücü cümə günü ilk sessiyanın əvvəlində mühərrik problemi yaşadığını demiş və bolidi saxlamışdı. Ferrari problemi araşdırıb və qaz pedalının zərər gördüyünü aşkarlayıb. Komandanın rəhbəri Mattia Binotto problemin qabarlara görə yarandığını düşünür: “Tras çox qabarlıdır. Bu, bolidə zərər verə bilər. Şarl qabarlara görə problem yaşadı. Kiçik problem olsa da, bu, bir misaldır. Buna görə də nəzarət etməliyik. Belə hallar yarışın nəticəsinə təsir etməməlidir”.
Ş.Lekler qabarlara görə problem yaşayıb
Ferrari komandasının sürücüsü Şarl Lekler trasdakı qabarlara görə qaz pedalında problem yaşayıb.