Ş.Lekler: Problemli hissələri dəyişdik

Ferrari komandasının sürücüsü Şarl Lekler ikinci sərbəst yürüşlərini məhv edən elektrik probleimndən danışmayıb.

F-1.az xatırladır ki, Ferrari son iki yarışda çox yaxşı çıxış edib. Onlar Kanadada hər iki dəst təkərdən ən yaxşı istifadə edən komanda olub. Avstriyada isə poul uğrunda mübarizə aparıblar və Leklerlə podiuma yüksəliblər.

Monakolu sürücü Silverstoundakı birinci cümə sərbəst yürüşlərində beşinci, Karlos Saynsla yeddinci olub. Onların bu həftəsonu Red Bull-a yaxın olacağı gözlənilirdi.

Ancaq ikinci sərbəst yürüşlərin başlamamsına az qalmış Leklerin maşınında elektrik problemi aşkarlanıb. Ferrari komandası sessiyanın əvvəlini qaçıracaqlarını desə də, sonradan onların motor qapağını açdığı görünüb. Buna görə də Lekler ikinci sərbəst yürüşlərə çıxmayıb.

Şarl Lekler: “Maşında xırda problem var idi. Deyəsən komanda nəyin problemli olduğunu tapdı. Boliddə səhv olan hər şeyi dəyişdirdik. Şənbə günü hər şeyin daha yaxşı olmasını gözləyirik.

Bu sadəcə elektrik problemidir. Buna görə də bunun ikinci sərbəst yürüşləri itirmək, kilometr və dövrə əskikliyindən başqa həftəsonuna təsiri olmamalıdır. Bir az bəxtimiz gətirmədi, çünki ikinci sərbəst yürüşlərdə yarışa hazırlanırıq və belə görünür ki, bazar günü hava quru olacaq. Yəni bizi müəmmalı həftəsonu gözləyir. Şənbə günü yağış yağa bilər”.

Ferrari komandasının digər sürücüsü Karlos Sayns isə ikinci sərbəst yürüşlərdə Maks Ferstappendən sadəcə 0.022 saniyə geri qalaraq, ikinci olub. Bu da “qırmızılar”ın potensialını ortaya qoyur.

Qeyd edək ki, ispaniyalı sürücü keçən il Silverstounda Formula1-dəki ilk qələbəsini qazanmışdı.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*