F-1.az xatırladır ki, monakolu sürücü Bəhreyndəki cümə sərbəst yürüşlərini lider Alonsodan 0.4 saniyə geridə dprdüncü bağlayıb.
Şarl Lekler: “Poul uğrunda mübarizə aparmağa yetərli gücümüz yoxdur. Lakin mübarizənin içindəyik. Bizim üçün əsas yarışda fürsətləri dəyərləndirmək olacaq. Bu həftəsonu bunu etməyə çalışacağıq.
Yarış tempinin üzərində işləməliyik. Lakin rəqiblərimizin nə etdiyini bilmirik. Ortada bir az fərq var. Görək bazar günü nə baş verəcək. Təkmilləşməli sahələr var”.