Ş.Lekler: Portimao maraqlı trasdır

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Portimao həm müasir, həm də maraqlı trasdır.

F-1.az xatırladır ki, monakolu sürücü 2015-ci ildə Formula3-də mübarizə aparanda burada yarışıb.

Şarl Lekler: “Daha əvvəl 2015-ci ildə burada yarışmışdım. Enişli-yoxuşlu olduğu üçün sürməkdən həzz almışdım. Portimao müasir və maraqlı trasdır. Hava Almaniyadakına nisbətən isti olacaq. Orada isti havada bolidin özünü necə aparmasını görmək maraqlı olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*