F-1.az xatırladır ki, monakolu sürücü yarışa dördüncü yerdən başlasa da, ilk dövrədə Bottası keçib və ilk pit-stoplara qədər rəqibini arxasında saxlaya bilib. Nəticədə 23 yaşlı pilot dördüncülüklə barışmalı olub.
Şarl Lekler: “Düzünü desəm, əla yarış oldu. Səhv etmədik. Strategiyamız çox yaxşı idi və hər şeyi nəzarətdə saxlaya bildik. Yarış başlayanda ən yaxşı halda dördüncü olaraq demişdim. Daha sonra Bottası xarici trayektoriyadan keçdim. Ancaq Pit-Stopdan sonra çox güclü idi. Medium təkər olsa, tempimiz daha yaxşı templə gedərdik. Məncə, yaxşı yarışdıq. Bir ara podiumu xəyal etdim. Burada maksimumu aldıq”.