F-1.az xatırladır ki, monakolu sürücü keçən həftə Silverstounda podiuma yüksəlmişdi. Bu həftəki Yubiley Qran Prisinin sıralanma turunda isə 7-ci ola bilib.
Şarl Lekler: “Nəticəyə təəccüblənmədim. Real nəticə budur. Keçən həftəyə nisbətən çətin idi, xüsusən də Soft təkərlərdə problem yaşadıq. Bu təkərlərə qarşı aqresivik və sıralanma turunda onlarla bir dövrə vura bilmirdik. Son sektorda çox ilişmə itiririk. Bu, qazanacağımız ən yaxşı nəticədir.
Yarışda strategiya vacib olacaq. Düzünü desəm, podium gözləmirik. Təkərlərə nəzarətdə çox zəifik və yarış çətin keçəcək. İşimiz çətindir. Rəqiblərimizlə eyni tempi tutmaq olmayacaq, amma əlimdən gələni edəcəm”.