Ş.Lekler: Podium mümkün idi

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Bəhreyndə mübarizəni dayandırmasa, podium qazanacaqdı.

F-1.az xatırladır ki, monakolu sürücü Bəhreyndə mübarizəni dayandırarkən üçüncü yerdə gedirdi.

Şarl Lekler: “Aston Martin sürətli görünsə də, üçüncü ola bilərdik. Arxadakılarla aramızda fərq var idi. Yarışın sonlarında vəziyyətə yaxşı nəzarət edirdim.

Ümid edirəm ki, növbəti yarışda vəziyyət dəyişər. Bunun üçün çox işləməliyik. Qış ərzində bunun üzərində çox işlədik, amma yenə də davam etməliyik. İlk yarışda etibarsızlıq problemi yaşamaq yaxşı hal deyil”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*