Ş.Lekler: Podium mümkün idi

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, daha yaxşı strategiya ilə podium qazana bilərmiş.

F-1.az xatırladır ki, monakolu sürücü yarışa 7-ci yerdən başlasa da, sonda 5-ci olaraq komandasına vacib 10 xal qazandırıb.

Şarl Lekler: “Podiuma yaxın idim. Restartda Danielin arxasında idim, amma təkərlərim soyuq idi. Çətinlik çəkirdim və Daniil məni keçdi. İlk pitdə Medium təkərlərə keçib sonra Soft təkərləri götürməli idik. Bunu təhlil etməliyik. Məlumatlara baxmalıyıq, çünki maşından hər şeyi görə bilmirəm. Komanda isə görür. Doğru qərar verdik? Bunu heç vaxt bilməyəcəyik. Əsas odur ki, Peresi arxamızda saxlaya bildik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*