F-1.az xatırladır ki, monakolu sürücü yarışa üçüncü yerdə başlayıb və startda yerini qoruyub. Lakin hamı pit-stopa getdyi halda Lekler trasda qalıb. Təkərləri təmiz yeyiləndən sonra pitə gələn Lekler, Peresin hücumlarına tab gətirə bilməyib və podiumdan olub.
Şarl Lekler: “Qəribə hal idi. Pitə getməkdə qərarsız idim, çünki mən işlənmiş təkərlərlə gedirdim. Yeni təkərdə olanların zaman nəticələrini komanda mənə deyirdi və görürdüm ki, mən onlara yaxın gedirəm. İlk dövrələrdə temləri yox idi. Lakin təzə təkərlərlə trasa qayıdanlar ilk 7 dövrədə dənlənməyə görə problem yaşasalar da, daha sonra templəri artdı. Belə olan halda, biz də pitə getməli idik. Artıq gec idi və sona 10 dövrə qalmışdı. Təkərləri işlətməyə çalışırdım. Heyif ki, podiumu əldən verdik. Buna baxmayaraq, peşman deyiləm. Rusiyada komunikasiya problemi yaşadıq. Burada problem yox idi. Sadəcə doğru qərar verdiyimizi düşündük”.