F-1.az xatırladır ki, iki sürücü Avstriya yarışında mübarizə apararkən, Peres rəqibini iki dəfə çınqıllı zonaya itələyib. Nəticədə iki dəfə 5 saniyə cəzası alan Peres yarışda 6-cı yerə razı olub. Lekler isə yarışı 8-ci yerdə bitirib.
Şarl Lekler: “Yarış yaxşı keçmədi. bir az həyəcanlı idi. Yarışdan sonra Pereslə danışdıq və bilir ki, düz eləməyib. Bundan sonra növbəti yarışlara fokuslanacam. Bu yarış barədə düşünməyəcəm”.