F-1.az xatırladır ki, monakolu sürücü son iki ildə GP3 və Formula2 seriyalarında Dünya Çempionu titulunu qazanıb. Bundan başqa 20 yaşlı sürücünün Ferrari-nin gələcək sürücülərindən biri olacağı düşünülür.
Şarl Lekler: “Birincisi, mənə dəstək olduğu üçün Ferrari-yə təşəkkür edirəm. Sauber də mənə güvəndi və mənə yer verdi. Gələn il Alfa Romeo Sauber komandası olaraq yaxşı nəticələr qazanmaq istəyirik. 2017-ci ildə Sauber ilə bir neçə dəfə sərbəst yürüşlərdə iştirak etdim və vacib təcrübə qazandım. Amma artıq bütün mövsüm yarışacağım üçün tam hazır olmalıyam. Komandaya fayda vermək istəyirəm. Ən yaxşı performansımı göstərərək özümü isbat edəcəm”.