Ş.Lekler: Özümü yaxşı hiss edirəm

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, artıq özünü maşında daha yaxşı hiss edir.

F-1.az xatırladır ki, monakolu sürücü Avstraliyadakı cümə sərbəst yürüşlərində ikinci yeri tutub. Düzdür, cümə günü bir az qarışıq olub və buna görə kimin neçənci olması elə də əhəmiyyət kəsb etmirdi, amma Şarl razı görünür.

Şarl Lekler: “sazlanmalar üzrəində az işləsək də, özümü maşında daha yaxşı hiss edirəm. Bu yaxşı haldır.

Mövsümün ən yaxşı ikinci sessiyasını keçirdik. Düzdür, bunun mənası yoxdur. Yenə də cümə gününü yaxşı yerdə bitirdik. İndi isə sıralanma turundan əvvəl bəzi şeylərin üzrəində işləməliyik. Ümid edirəm ki, sıralanma turunda və yarışda Red bull-a yaxın olarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*