F-1.az xatırladır ki, monakolu sürücü burada bir dəfə yarışıb və yarışı bitirə bilməyib.
Şarl Lekler: “Amerikanı sevirəm. Ostin şəhəri gözəldir. Trasın da tayı-bərabəri yoxdur. Sürücülərin gözəl mübarizə aparmasına şərait yaradır. Burada düzgün balansı tapdığınıza əmin olmalısınız. Eyni zamanda saat yönünün əksinə hərəkət edən nadir traslardandır. Buna görə də kokpitdə bizə çətin olur”.