F-1.az xatırladır ki, monakolu sürücü Bəhreyndəki sıralanma turunda 12-ci olub.
Şarl Lekler: “Daha yaxşı nəticə mümkün idi, amma hamı üçün vəziyyət eynidir. Dördüncü döngədə çox vaxt itirdim. Lakin 11 və 12-ci yerlərdən başlayacağıq.
Təkər seçimində sərbəst olacağıq. Nə qədər faydalı olar bilmirəm, amma Medium təkərlə başlasaq, onluğa düşə bilərik. Sıralanma turunda isə ən yaxşı nəticəni əldə etdik”.