F-1.az xatırladır ki, monakolu sürücü Lando Norrisə hücum edərkən iki sürücü təmas yaşayıb və Lekler sözün əsl mənasında bariyerlərə uçub. Buna baxmayaraq Şarl yoluna davam edib və sonda dördüncü yeri tutub.
Şarl Lekler: “Sözün düzü, yaşananlar məyusedicidir. Bolidin nə qədər zədələndiyini bilmirəm. Davam edə bildiyimiz üçün bəxtəvərik. Özümü pis hiss etmədim. Sadəcə sükan sağa çəkirdi. Lakin o zərbəni nəzərə alanda, tempimiz yaxşı idi. Yenə fə böyük zərbə idi. Davam edə bildiyim üçün təəccüblüyəm.
Lando belə insan deyil. Lakin bu gün aqressiv idi. Dünən də Karlosla eynisini etdi. Bu hərəkətlərini anlamasam da, artıq keçdi. Bu gün çox aqressiv idi və cəzasını çəkdi”.