Ş.Lekler: “Nə oldu bilmirəm”

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, sazlanmalarla bağlı problem yaşayıb.

F-1.az xatırladır ki, monakolu sürücü son cəhdində üçüncü sektorda problem yaşayaraq, poulu əldən verib və üçüncü yeri tutub.

Şarl Lekler: “Nə olduğunu bilmirəm. Bolidin sazlanmalarında problem yaşadım. Birinci sessiyada yaxşı idi, amma sonra deyəsən trasdakı şəraiti yaxşı izləmədim. Tras getdikcə sürətlənirdi. Bu mövzu üzərində işləməli və son sessiya üçün doğru sazlanmaları tapmalıyam. Bu gün son sessiyada çətinlik çəkdim. Sebastyanı təbrik ediəm. Bu nəticəyə layiq idi. Ümid edirəm ki, yarışda daha yaxşı olarıq. Yarış tempində güclüyük. Ümid edirəm ki, sabah da gücümüzü göstərərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*