F-1.az xatırladır ki, monakolu sürücü 2022-ci ilə möhtəşəm başlasa da, sonradan geriyə düşmüş və ikinci yerlə razılaşmalı olmuşdu.
Şarl Lekler: “2022-ci ildə çempionluq uğrunda mübarizə aparmağım mənə kömək edəcək. Keçənilki kimi işləməli, səhvlərdən qaçmalı, daha yaxşı performans göstərməli və komanda olaraq yaxşı çalışmalıyıq. Əgər Red Bull və Mercedes ilə mübarizə aparsaq, əla olacaq. Mən özümü buna hazır hiss edirəm”.