F-1.az xatırladır ki, monakolu sürücü mövsümün ilk 3 yarışından ikisini qazansa da, sonradan Barselona və Bakıda motor problemi yaşamış, Fransada isə öz səhvindən bariyerlərə çırpılmışdı.
Şarl Lekler: “Sözün düzü, keçən ilə nisbətən çox inkişaf etmişik. Lakin mövsümün ortası çox əsəbpozucu idi. Çempionatda böyük fərqlə lider olduğumuz halda geriyə düşdük. Bu da mövsümün ən əsəbpozucu dövrü idi. Səhvlərimizi qəbul etməli və növbəti mövsümə köklənəcəyik”.