F-1.az xatırladır ki, monakolu sürücü ilk 3 yarışın ikisindən qələbə ilə ayrılsa da, növbəti 19 yarışın sadəcə birində qalib gələ bilib.
Şarl Lekler: “Son iki mövsümü düşünəndə bizim üçün yaxşı idi, amma xoşbəxt deyiləm. Əlbəttə sevinə biləcəyimiz məqamlar var, amma mövsümü analiz edəndə bəzi məyusluqlar ortaya çıxır.
Qarışıq təəssüratlarımız oldu. Yenə də ikincilik yaxşıdır. Gələn il bir addım qabağa getməyə çalışacağıq. 2023-cü ildəki hədəfimiz çempionluqdur və komanda bu yöndə işləyir”.