Ş.Lekler: Monakosuz Formula1 mənim üçün Formula1 deyil

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Monakosuz Formula1 onun üçün Formula 1 deyil.

F-1.az xatırladır ki, son dövrlərdə Monako Qran Prisinin təqvimdən çıxarılacağı danışılır. Bunun səbəbi Monakonun daha az pul verərək təqvimdə qalmasıdır. Liberty Media isə böyük məbləğlər ödəmək istəyən ölkələri təqvimə qatmaq istəyir. Buna görə də Monte Karlonun yeri risk altındadır.

Bundan başqa Monako istədiyi brendin reklamını trasda vura bilir. Bunlardan biri də Tag Heuer saat brendidir. Bu da Formula1-in rəsmi saat sponsoru Rolex-in ən böyük rəqibidir.

Komersiya problemlərindən başqa əksəriyyət trasın quruluşunu da sevmir. Burada ötmə etmək demək olar ki, mümkün deyil. Hətta, trasın quruluşunu dəyişdirməyi təklif edənlər var.

Şarl Lekler: “Monako təqvimdən çıxsa, iki tərəf üçün də pis olar. 2020-ci ildəki Covid Problemini çıxsaq, Formula1-i Monakosuz heç görməmişəm. Monakosuz Formula1 mənim üçün Formula1 deyil. Silverstoun, Monako və Montsa kimi tarixi traslar təqvimdə qalmalıdırlar.

Bəzən ötmələrin artırmaq mümkün olduğunu düşünürəm. Lakin bu necə olacaq? Bəlkə də, tuneldən sonra sola getmək olar və orada böyük düzlük yarada bilərik. Ancaq bu necə olacaq? Bunu edə biləcəklərinə əmin deyiləm. Düzdür, ötmə mümkün deyil, amma biz sürücülər həmiçə sıralanma turunda limitlərdə sürmək istəyirik. Monakoda yaşadığımız adrenalini başqa traslarda hiss etmirik. Bura Formula1-in tarixidir. Buna görə də təqvimdə qalmalıdır”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*