F-1.az xatırladır ki, monakolu sürücü ev trasında hələ də yarış bitirə bilməyib.
Şarl Lekler: “Bu trası çox sevirəm. Burada son üç ildə çətin anlar yaşadım, amma sevirəm. Şəhər tipli trasları sevirəm. Burada yarışmaq sürücülərçün xüsusidir.
Barselonada güclü olmağımız burada uğur qazanmağımıza kömək etməyəcək. Orada üçüncü sektorda güclü olmağımızda başqa faktorlar var idi. Birinci və ikinci sektorda təkərləri yaxşı istifadə etdiyimiz üçün üçüncü sektorda güclü görünürdük. Hədəfimiz Barselonadakı kimi orta qrupun önündə qalmaqdır. Mercedes və Red Bull-dan çox zəifik”.