F-1.az xatırladır ki, monakolu sürücü Belçiladakı cümə sərbəst yürüşlərində 15-ci yeri tutub. İtalyan komandası keçən illə müqayisədə 1.3 saniyə vaxt itirib.
Şarl Lekler: “Bu qədər geridə qalmaq təəccüblüdür. Çox şey sınadıq. Hazırda tempimiz yoxdur. Çox işləməliyik. Lakin bu həftəsonu möcüzə gözləmirəm. Ferrari-ni bu halda görmək məyusedicidir. Biz əlimizdən gələni edirik.
Bu həftəsonu balans tapmaqda çətinlik çəkirik. Yağış yağanda balans daha da pis olur. Ona görə də yağış yağsa, problemlərimiz ikiqat artacaq”.