F-1.az xatırladır ki, Ferrari Belçikada da fanatlarını məyus etməyə davam edib. Lekler sıralanma turunda 13-cü olub. Fettel isə 14-cü yeri tuta bilib.
Şarl Lekler: “Bunu demək məyusedici olsa da, ikinci sessiyaya keçmək böyük surpriz oldu. İkinci sessiyaya qalmaq çətin görünürdü və bunu bacardıq. Yarışa 13-cü yerdən başlayacağıq. Əgər yağış yağsa, işimiz çətin olacaq.
Bu nəticəyə söz tapa bilmirəm. Rəqiblərimizlə nisbətdə geriləmişik. Səbəbini tapmalıyıq. Narahatıq. Nəyi səhv etdiyimizi anlamalıyıq. Vəziyyət belədir. Hazırda məyus olan fanatlarmızı anlayıram. Amma biz möcüzə gözləmirik. Yarışda əlimizdən gələni edəcəyik”.