F-1.az xatırladır ki, monakolu sürücü cümə sərbəst yürüşlərində Corc Rasselldən sonra ikinci yeri tutub.
Şarl Lekler: “Məncə, bizim üçün yaxşı gün idi. Tempi yavaş-yavaş yüksəldirdik. Tras haqqında çox şey öyrəndik. Çətin olsa da, bu trasda sürməkdən həzz aldım. 11-ci döngədən 16-cı döngəyə qədər olan hissəni çox sevdim. Bizim üçün hər şey problemsiz keçdi. Planlaşdırdığımız hər şeyi etdik. Bütün rəqiblər bir-birlərinə yaxındır. Buna görə də bizi həyəcanlı həftəsonu gözləyir.
Məncə, asfalt qatı hər şeyi qarışdıra bilər. Yarış trayektoriyasında ilişmə yaxşı olsa da, trayektoriya kənarında ilişmə heç yoxdur. Asfalt təkərlərə qarşı çox aqressivdir. Buna görə də nəticəyə müdaxilə edə bilər.
Maks çox sürətli olacaq. Problemləri həll etdikləri anda sürətlənəcəklər. Mercedes isə hələki sürprizdir. Çox güclü görünürlər. Yarış templəri də yaxşıdır. Buna görə də onlardan sürpriz gözləməyə dəyər. Bizimlə mübarizə aparsalar, gözəl olar.
Bu trası sevdim. Burada yaxın mübarizə izləyəcəyik. Həyəcanlıyıq. Görək nə olur”.