F-1.az xatırladır ki, “gümüşü oxlar” hazırda lider Ferrari-yə 47 xal fərqi ilə uduzurlar.
Şarl Lekler: “Əslində çempionluq uğrunda yalnız Maks və mən mübarizə aparmırıq. Serxio da mübarizəyə yaxındır. Karlosun da bir neçə dəfə bəxti gətirməsə də, fərqi azaldır. Məncə, dördümüz də qələbə və çempionluq uğrunda mübarizə aparacağıq.
Ancaq Mercedes-i də çox geridə görmürəm. Çox güclü komandadırlar və keçmişdə çətinlikləri asanlıqla geridə qoyublar. Bu il problemlərlə başlasalar da, geri qayıdacaqlarına inanıram”.