F-1.az xatırladır ki, monakolu sürücü cümə sərbəst yürüşlərində üçüncü olub.
Şarl Lekler: “Hazırda balans mükəmməl deyil. Amma həll etmək olar. Bolidə yeniliklər əlavə edəndə normal işləyir. Onları başa düşmək üçün vaxt lazımdır. Ancaq hər şeyi anladıqdan sonra balans yaxşılaşacaq.
Mercedes-lə mübarizə aparmaq üçün buradayıq. Bunun üçün hər şeyimizi verməyə hazırıq. Şənbə günü üçün balansı tapmağa və təkmilləşməyə çalışırıq”.