F-1.az xatırladır ki, Ferrari son qələbəsini keçən ilin ABŞ yarışında Rəykkönen ilə qazanıb.
Şarl Lekler: “İndi çətin vəziyyətdəyik. Mercedes çox sürətli görünür. Pol Rikarda yarış tempində güclü idilər. Öz işimizə fokuslanmalıyıq. Amma Mercedes-in səviyyəsinə çatmaq çətindir. Buna görə də bütün yarışlarda maksimun performans göstərməliyik”.