F-1.az xatırladır ki, həm Həmiltonun, həm də Leklerin komandaları ilə müqaviləsi 2023-cü ilin sonunda başa çatacaq. Belə olan halda gənc monakolunun adı Mercedes-lə hallanmağa başlayıb.
Şarl Lekler: “2024-cü ilə qədər çox vaxt var. Mənim hələ Ferrari ilə müqaviləm var. Mən həmişə burada yarışmağı xəyal etmişəm. Hazırda əsas hədəfim Ferrari ilə yarışlar qazanmaqdır. Onlarla çempion olmaq istəyirəm”.