F-1.az xatırladır ki, monakolu sürücü cümə günü hər iki sessiyada da Fetteldən geri qalıb.
Şarl Lekler: “Düzünü desəm, bu gün gözlədiyimizdən yaxşı keçdi. Buraya elə də çox yenilik gətirmədik. Demək olar eyni maşını sürürük. Ancaq maşın burada daha güclü görünür və bu, yaxşı haldır. Nahardan sonra mənimçün çətin oldu. Maşında fərqli sazlanmaları yoxlayırdıq. Ancaq sabahçün ümidliyik.
Burada düzlük azdır. Avstriyada ilk sektorda çox çətinlik çəkirdik. Burada daha az düzlük var və döngələrdə sürətliyik. Hələ Mercedes-lə mübarizə apara bilmərik, amma sürətliyik”.