F-1.az xatırladır ki, “qırmızılar” bu il 4 yarışda da qələbə dublu qazanmış Mercedes-dən hazırda 74 xal geridə qalır.
Şarl Lekler: “İşlər çempionatdakı vəziyyət kimi pis deyil. Əlimizdə fürsətlər olsa da, birində mən səhv etdim, birində isə yaxşı nəticəni əlimizdən alan problem oldu.
Məncə, Mercedes mövsümöncəsi testlərdə geri qalmırdı. Son gün bizə yaxın zaman nəticəsi göstərdilər. Ümid edirəm ki, Barselonaya gətirdiyimiz yeniliklər bizi qabağa aparar. Burada şassinin performansı dəqiqliklə görünür. Ümid edirəm ki, güclü olarıq”.