F-1.az xatırladır ki, monakolu sürücü Bəhreyndəki qış testlərinin ilk günündə 64 dövrə atıb və günü 4-cü yerdə bağlayıb.
Şarl Lekler: “Gərgin bir gün geridə qaldı. 64 dövrə atdım və çoxlu test etdik. Əsas məqsədimiz təkər və aero testlərindən başqa, fərqli yanacaq yükləri ilə sazlanmalar tapmaq idi. İndi məlumatları təhlil etməli və buna görə hazırlanmalıyıq”.