Ş.Lekler: Maşından razıyam

F-1.az xəbər verir ki, sıralanma turunu ikinci yerdə başa vuran monakolu sürücünün Ferstappen cəza ala biləcəyi üçün sabah yarışa artıq alışdığı birinci yerdən başlama ehtimalı var.

Şarl Lekler: “Suzukada mükəmməl dövrə vurmaq çətindir. İlk sektoru yaxşı keçsəniz, istər-istəməz üçüncü sektorda itirirsiz. Son dövrəmdə tarazlığı saxlayaraq təkərlərimi üçüncü sektor üçün qorumağa çalışdım, amma nəticədə vaxt itirdim. Nəticələrin sıx olması əladır. Start mövqeyini də nəzərə alaraq, yaxşı yarış keçirməyə çalışacam.

Yarışdan əvvəl çox az məlumat toplaya bildik. buna görə də asan olmayacaq. Amma maşının davranışından razıyam. Sabaha yağış da istisna edilmir, havanın necə olacağını görəcəyik. Yarış maraqlı olmalıdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*