Ş.Lekler: Maşında problem var

Ferrari komandasının sürücüsü Şarl Lekler sıralanma turundan sonra bildirib ki, maşının arxa tərəfi qəribə olub və bunun səbəbini anlamayıb.

F-1.az xatırladır ki, monakolu sürücü keçən il poul qazandığı Barselonada bu dəfə azarkeşlərini təəccübləndirib və 19-cu yeri tutub. Barselonada ötmələrin çətin olduğunu nəzərə alsaq, sabah onu çətin yarış gözləyir.

Şarl Lekler: “Hələ nələrin baş verdiyini bilmirəm. Hələlik onu deyə bilərəm ki, sola dönən döngələrdə sürmək mümkünsüz idi. Sağa olan döngələrdə maşın nisbətən yaxşı idi. Amma sola olan döngələrdəki vəziyyəti təhlil etməliyik.

Problem arxa təkərlərdə idi. İlk cəhdimdə bunun təkərlərdən qaynaqlandığını düşünsəm də, yeni dəst təkərlərə keçəndə hissiyyat yenə eyni idi. Sola döngələrdə arxa təkərlər asfaltı tutmurdu. İndi isə bolidi yaxşı nəzərdən keçirəcəyik və hər şey qaydasında olsa, təəccüblənəcəm. Çox problem yaşadım. Hətta ilk qırmızı bayraqlarda az qala qəza edirdim. Sol döngədə çınqıllığa girdim və çox qəribə idi. Buna görə bolidi nəzərdən keçirməliyik.

Üçüncü sərbəst yürüşlərdəki çətin şəraitdə belə özümü maşında yaxşı hiss edirdim. Yəni ki, bir problem olduğuna əminəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*