Ş.Lekler: Maşında heç bir problem yox idi

Monakolu sürücünün sıralanma turunda poul mübarizəsi zamanı son cəhdinə çıxmaması maşında texniki problemlərin olması barədə şayiələrə səbəb olub.

F-1.az xəbər verir ki, Şarl belə bir şeyin olmadığını, sadəcə təkərləri yarışa saxlamaq üçün belə addım atdıqlarını bildirib.

Şarl Lekler: “Maşının hec bir problemi yoxdur. Bu trasdə testlərdən və məşqlərdən sonra gözləmədiyim poul mövqeyi uğrunda mübarizədə bizi təəccübləndirdi. İndiyə qədər bir az çətinlik çəkmişik, amma yenə də təsnifat mərhələsində yaxşı temp nümayiş etdirə bildik və bu, əla idi!

Bununla belə, yadda saxlamalıyıq ki, yarış konfiqurasiyasında bizim bolidimiz Red Bull-dan daha yavaş görünür, ona görə də biz bir qədər geridəyik. Amma düşünürəm ki, yeni təkərlərlə 3-cü yerdən başlayanda işlənmiş təkərlərlə start alınan poul mövqeyindən daha əlverişli yerdə olacağıq. Poulu ala bilərdik ya yox, bilmirəm, amma buna yaxın idik.
Rəqabət çox kəskin şəkildə davam edir – ümid edirəm ki, bazar günü də belə olacaq. Nəticələr sıxdır, Aston Martin komandası yaxşı sürət nümayiş etdirdi, Mercedes də sıralanma turunun bəzi mərhələlərində sürətli idi. Lakin biz liderlərə gözlənildiyindən daha yaxınıq. Bütün bunlar mövsüm ərzində müxtəlif traslərdə maraqlı mübarizə vəd edir ki, bu da Formula1-i daha da maraqlı edəcək.
Deyəsən, yarış tempi baxımından hələ də geridəyik, halbuki bizim zəif tərəfimizdir, amma sabah bizə təzə təkər dəstləri kömək edəcək. Mənzərəni nə qədər dəyişəcəyini bilmirəm, amma biz düzgün istiqamətdə irəliləyirik”.
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*