F-1.az xatırladır ki, monakolu sürücü mövsümün üçüncü yarışı Avstraliyada bu il ikinci dəfə qələbəyə sevinib və turnir cədvəlindəki liderlyini daha da möhkəmləndirib.
Şarl Lekler: “Bu il ilk dəfə yarışa nəzarət edirdik. Maşın da əla idi. Bu maşın olmasa, qələbə də olmazdı. Bu həfət yarış tempimiz yaxşı idi. Təkərlər də yaxşı işlədi. Təkərlərə yaxşı nəzarət etdik. Xoşbəxtəm.
Lakin hələ üçüncü yarışdayıq və çempionlu barədə danışmaq üçün tezdir. Düzünü desəm, bolidimiz güclü və etibarlıdır. İndiyə kimi həmişə zirvədə olduq və ümid edirəm ki, belə qalarıq. Bu halda çempionluq şansımız artar. Bu hal bizi çətin keçən iki ildən sonra sevindirir. Yenidən burada olmaq gözəldir”.