Ş.Lekler: “Maksimumu aldım”

Ferrari komandasının sürücüsü Şarl Lekler boliddən maksimumu aldığını deyib.

F-1.az xatırladır ki, Ferrari Fransaya yeniliklərlə gəlsə də, onlar gözləntiləri qarşılamayıb. Nəticədə monakolu sürücü poulu qazanan Həmiltondan 0.6 saniyə geridə qalaraq 3-cü olub.

Şarl Lekler: “Dövrəmdən razıyam. Amma Mercedes bu həftə bizimçün əlçatmaz idi. Lakin əminəm ki, fərqi bağlayacağıq. Bu gün üçüncü yer maksimum idi. Sabah mübarizə etmək istəyirik. Buna görə start vacibdir. Düzlüklərdə güclüyük. Lakin onlar da döngələrdə güclüdürlər. Bəhreyndə Həmiltonla yarışa bilməmişdim. Ümid edirəm burada alınar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*