F-1.az xatırladır ki, monakolu sürücü Silverstounda yaxşı performans göstərərək ikinci olub. Hunqarorinq trasının quruluşu Ferrari üçün əlverişlidir.
Şarl Lekler: “Pozitiv olmaq yaxşıdır və son 3 yarışdan sonra hamımız pozitiv düşünmək istəyirik. Lakin realist olmalıyıq. Komandada əhval yaxşıdır, amma Budapeştdə qələbə barədə düşünmək düzgün olmaz. Gücümüzü obyektiv düşünərək dəyərləndirməliyik. Buna görə də ən sürətli üçüncü komanda olsaq, sevinərəm.
Komanda Silverstounda güclü idi və oradakı nəticə hamını xoşbəxt elədi. Amma qabağa getmək üçün hələ də görəcəyimiz çox iş var. Zirvəyə qayıtmaq adan olmayacaq, lakin bunu etmək üçün əlimizdən gələni edəcəyik”.