F-1.az xatırrladır ki, britaniyalı sürücü 2014-2021-ci illərdə 6 dəfə Dünya Çempionu olmuş, iki dəfə isə son yarışa qədər titul uğrunda mübarizə aparmışdı. Lakin yeddiqat Dünya Çempionu son mövsümdə yarış qazana bilməmiş və altıncı olmuşdu.
Şarl Lekler: “Lyuisi titul uğrunda mübarizədən çıxara bilməzsiniz. Doğru bolidlə mübarizə apara bilər. Onun uğurlarını unutmaq olmaz. Keçən il bir neçə dəfə gördüyümüz kimi yenə özünü göstərə bilər. Lyuis eynilə Red Bull kimi mübarizə aparacaq və ümid edirəm ki, onunla mübarizə apara bilərəm”.