F-1.az xatırladır ki, monakolu sürücü Montsada bütün yarışboyu Mercedes pilotları ilə mübarizə apararaq, karyerasının ikinci qələbəsini qazanıb. Yarış ərzində Həmiltona qarşı sərt müdafiə olunub və bu hal Mercedes tərəfinin heç xoşuna gəlməyib.
Şarl Lekler: “Avstriyadan sonra sürücülərin sərt müdafiələrinə təmkinli yanaşırlar. Avstriya yarışından sonra mən də bugünkü kimi davranamağa başladım və bu gün qalib gəldim. Limitdə sürdüm və xoşbəxtəm.
Əylənmədən sonra mənə ağ-qara bayrağın çıxdığını dedilər. Lakin hansı hərəkətimə görə çıxdığını bilmirəm. Düzünü desəm, orada Həmiltonun sağda olmasını gözləyirdim. Əyləcə tez basdı. Məncə, xarici radiusda qalmaq istəmədi. Amma mən ona bir maşınlıq yer buraxmışdım.Belə mübarizələr həmişə yaxşıdır”.