Ş.Lekler: Liderliyi qorumaq çətin olacaq

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, liderliyi qorumaq çətin olacaq.

F-1.az xatırladır ki, monakolu sürücü Bakıdakı sıralanma turunda ən sürətli dövrəni ataraq, Azərbaycan Qran Prisində ardıcıl 3-cü poulunu qazanıb. O, poul uğrunda mübarizədə əzəli rəqibi Ferstappeni geridə qoyaraq, bu il özünə və komandasına ilk dəfə sıralanma turunda birinciliyi gətirib.

Şarl Lekler: “Çox təəccüblüyəm. Bakıdakı sıralanma turunda Aston Martin və Mercedes-in önündə olmağı hədəfləmişdik və indi pouldayıq. Bu əla xəbərdir.

Maşınımız hələ də Red Bull-lardan geridə qalır və buna görə də liderliyi qorumaq çətindir. Amma atdığımız dövrədən çox razıyam.

Ümumilikdə sürücülər üçün çox çətin həftəsonu oldu, çünki məşq etmək üçün az vaxtımız var idi. Sadəcə birinci sərbəst yürüşlər keçirildi. Vəziyyət belə olduqda sadəcə birinci sessiyaya fokuslanırsınız. Amma əvvəldən hər şey yaxşı getdi və özümüzü yaxşı hiss edirdik. Buna görə sevinirəm”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*