F-1.az bildirir ki, monakolu sürücü özünü evində təcrid edib. Gənc sürücü xəstəliyə Dubayda yoluxub.
Şarl Lekler: “Covid-19 testim pozitiv çıxdı və bunu sizlərə bildirmək istəyirəm. Pozitiv çıxmış biri ilə təmasda olduğumu öyrəndim və təmas qurduğum hamıya bunu dedim. Onlar da özlərini təcrid etdilər. Daha sonra test verdim və pozitiv çıxdı. Özümü yaxşı hiss edirəm. Yüngül simptomlar var. Yerli qaydalara görə Monakodakı evimdə özümü təcrid edirəm”.
Ş.Lekler koronavirusa yoluxub
Ferrari komandasının sürücüsü Şarl Leklerin də koronavirus testi pozitiv çıxıb.