F-1.az xəbər verir ki, italyan komandanın pilotları Red Bull-u keçəcəklərinə inanmırlar, lakin Mercedesi qabaqlamaq məsələsində inamlıdırlar.
Şarl Lekler: “Mən 6 və 7-ci döngələrdə təkərlərimi blokladım, amma düzünü desəm, layiq olduğumuz yeri tutduq. Red Bull sürücüləri çox sürətli idilər. Sabah startdakı yerimiz yaxşıdır, yarışa Serxionun yanından başlayacağam. Karlosla birlikdə komanda üçün maksimum nəticə üçün çalışacağımıza şübhə etmirəm. Bilirik ki, bazar günləri Red Bull daha güclü olur, onları qabaqlamaq çətin olacaq, amma əlimizdən gələni edəcəyik.
Ümid edirəm ki, sürücülər çempionatında ikinci yeri qoruyub saxlaya biləcəm. Tətilə çıxmazdan əvvəl sabah yarışmaq lazımdır. İki çətin mövsümdən sonra komanda olaraq irəliyə doğru addım atdıq. Mühəndislər Kubokunda ikinci yer bizim üçün çox vacibdir – bu nəticəni əldə etmək üçün hücuma keçəcəyəm və yalnız bundan sonra gələn il daha güclü qayıtmaq üçün istirahətə gedəcəyəm”.