Ş.Lekler: “Komandaya görə sevinirəm”

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, qələbəni bu cür əldən vermək çətindir.

F-1.az xatırladır ki, monakolu sürücü Sinqapur yarışına pouldan başlasa da, pitə komanda yoldaşından bir dövrə sonra gəldiyi üçün liderliyi əldən verib və yarışı Fettelin ardında 2-ci yerdə bitirib.

Şarl Lekler: “Qələbəni bu cür əldən vermək çətindir. Lakin komanda dubl etdi və buna görə sevincliyəm. Mövsümdə ilk dublumuz idi. Bütün komanda buna layiq idi. Bura gələndə podiuma ümid etsək də, dubl etdik. Ancaq özümə görə məyusam. Lakin güclü formada geri qayıdacam. Görək növbəti yarış necə olacaq. Amma bu yarış gözlədiyimizdən yaxşı keçdi. Bu strategiyanı yarışdan əvvəl düşünmüşdük. Mən plana görə hərəkət etdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*