F-1.az xatırladır ki, komandası düzgün hesablama apara bilmədiyi üçün Lekler ev trası olan Monakoda sıralanma turunun ikinci sessiyasına çıxa bilməyib.
Şarl Lekler: “Komandadan soruşdum və mənə vaxtın olduğunu dedilər. Onlardan növbəti dəfə bu barədə soruşdum və real cavab ala bilmədim. Mövzu ilə bağlı ətraflı açıqlama ala bilmədim.
Vaxtımız var idi. Tərəziyə çəxmamaq bizə problem yaratmadı. Yanacağımız var idi və sadəcə təkərləri dəyişmək lazım idi. Yəni burada günahım yoxdur.
Ümid edirəm ki, yağış yağar və fürsət yaranar. Yağmasa, darıxdırıcı yarış olacaq. Qəza etmək bahasına olsa da, risk etməliyəm. Ötmələrin çətin olduğu trasda görək nə olur”.