Ş.Lekler komandasına güvənmir?

Ferrari komandasının sürücüsü Şarl Lekler strategiyadan narazı qalıb.

F-1.az xatırladır ki, monakolu sürücü yarışa Medium təkərlərlə başlayıb və 35-ci dövrədə Soft təkərlərə keçib. Yarışı 5-ci yerdə bitirən Lekler komandasının strategiyasına güvənsə də, məlumatlara baxacağını deyib: “Məncə, pitə gec çağırılmağımın səbəbi olmalıdır. Bu barədə danışmamışdan əvvəl məlumatlara baxmalıyam. Çünki komanda daha çox məlumata sahibdir. Valtteri, Lyuis və Seb məni keçəndən sonra bir az çox vaxt itirdim. Ondan sonra şansım qalmamışdı və sonda sürətli dövrə vurdum.

Medium təkərlərdə çox güclü idik. Liderlər də ən yaxşı performanslarını Medium təkərlərlə göstərdilər. Yaxşı yarış ola bilərdi, amma düzünü desəm, günah məndədir, komandada yox. Sıralanma turunda səhv etdim. Amma daha güclü formada qayıdacam”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*