Ş.Lekler: “Komanda yoldaşınızı keçmək əla hissdir”

Sauber komandasının sürücüsü Şarl Lekler bildirib ki, növbəti dəfə komanda yoldaşı Erikssonu məğlub etdiyi üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, monakolu sürücü Çin və Azərbaycandan sonra İspaniyada da komanda yoldaşı Erikssonu geridə qoya bilib.

Şarl Lekler: “Bizim üçün yaxşı gün idi. Barselonada gözlədiyimizdən də güclüyük. Son sərbəst yürüşlərdə yaxşı addımlar atdıq. Həftəsonu ərzində öyrəndiyimiz şeyləri bir araya gətirmək üçün əlimdən gələni etdim və ilk sessiyada yaxşı dövrə vurdum. Ardıcıl ikinci dəfə son sessiyaya qalmaq əla hissdir. Xüsusən də Barselonada. İnkişafdan razıyam.

Formula1-də həmişə komanda yoldaşınızla müqayisə edilirsiniz. İlk iki yarışda məndən sürətli olanda da onunla muqayisə olunurdum. Bu, normal haldır. Komanda yoldaşınızı qabaqlamaq əla hissdir. Amma əsas birlikdə yaxşı işləyə bilməkdir. Bolidi bir yerdə təkmilləşdiririk və bu, nəticələrdə görünür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*