Ş.Lekler komanda ilə razıdır

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, komanda ilk yarışlarda sürücülərə bərabər davranaraq doğru addım atır.

F-1.az xatırladır ki, Ferrari ilk yarışlarda sürücülərii bərabər statusda yarışdıracaq. Lakin sonradan kim önə keçsə, üstünlük ona veriləcək.

Şarl Lekler: “Bu fikirlə razıyam. Mövsümə belə başlamaq lazımdır. Məncə, Karlos və mənim üçün ən vacib şey mövsümə motivasiyalı başlamaqdır. Ən yaxşı performansımızı göstərmək üçün bir-birimizlə rəqabətə girməliyik.

Lakin sürücülərdən biri titul uğrunda mübarizə aparsa, əminəm ki, komanda ona kömək edəcək. Ancaq bunu sonra danışacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*