Ş.Lekler komanda əmrinə məhəl qoymayıb

Ferrari komandasının sürücüsü Şarl Lekler sonuncu Bəhreyn yarışında Sebastyan Fetteli keçərkən komandasının əmrini dinləməyib.

F-1.az bildirir ki, monakolu sürücü Saxir trasında yarışda komanda yoldaşı Fettelə yaxınlaşıb və komanda körpüsünə ondan daha sürətli olduğunu deyib. Lakin yarış mühəndisi radiodan daha iki dövrə gözləməsini istəyib. Amma 21 yaşlı Lekler növbəti dövrənin birinci döngəsində dördqat Dünya Çempionunu keçərək, liderliyə yüksəlib.

Şarl Lekler: “Komandaya məlumat verdim. Mənə dedilər ki, daha iki dövrə gözlə. Amma sonrakı düzlükdə əlimə fürsət düşdü və dəyərləndirdim. Əla ötmə idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*