F-1.az xatırladır ki, gənc sürücü Amerikadakı üçüncü sərbəst yürüşlərdə güc qurğusu probleminə görə bolidini saxlamalı olub. Ferrari boksa gətirilən maşını təhlil etdikdən sonra güc qurğusunda yağ sızıntısı tapıb və yoxlama üçün Maranelloya göndərilib. Lekler isə həftəsonunun qalan sessiyalarında bu il daha əvvəl istifadə etdiyi güc qurğularından birini götürəcək. Buna görə də cəza almayacaq.
Ş.Lekler köhnə versiya güc qurğusuna keçib
Ferrari komandası sıralanma turundan əvvəl Şarl Leklerin güc qurğusunu dəyişib.